Press Release

Bakıda Alman-Azərbaycan Biznes Forumu keçiriləcək

14.08.2018

9 oktyabr 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə Bakıda “Azərbaycanda Enerji və İKT” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Biznes Forumunu təşkil edəcək.

Tədbirin əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu Enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir. Forumun açılış mərasimində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Forumda iştirak ödənişsizdir. Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq.

Forum ilə bağlı Əlaqələndirici Şəxs

Murad Calalov

E-mail: mail@ahk-baku.de

Tel: +99412 497 63 06/07

Media ilə bağlı Əlaqələndirici Şəxs

Günay Mirzəyeva

E-mail: gunay.mirzayeva@ahk-baku.de

Tel: +99412 497 63 06/07

Publications on the topic