Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupu

Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupu, üzv şirkətlərin qeyd olunan sahələrdə qarşılaşdıqları gündəlik problemləri həll etmək məqsədilə, 2018-ci ildə Böyük Dördlük şirkətlərindən birinin təşəbbüsü ilə yaradılmışdır.

Calculator and magnifying glass on the table
www.freepik.com / fabrikasimf

İşçi Qrupunun Məqsəd və Fəaliyyətləri

İşçi Qrupunun əsas məqsədləri arasında, palatanın üzvləri üçün aktual hüquqi məsələlər üzrə məlumatlandırma tədbirlərinin təşkil edilməsi, Azərbaycan qanunvericiliyində baş verən dəyişikliklərin müzakirəsi, fikir və təcrübə mübadiləsi, eləcə də müvafiq dövlət qurumları ilə dialoqun dərinləşdirilməsi mövcuddur.

Əvvəlki Görüşlərin İcmalı

08.10.2024: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü

8 oktyabr 2024-cü il tarixində, AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü baş tutdu. Görüşün əsas məqsədi AHK Azərbaycan tərəfindən üzv şirkətlərin vergi qanunvericiliyi və inzibatçılığı məsələsi ətrafında təkliflərin toplanaraq Dövlər Vergi Xidmətinə təqdim olunması idi.

İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı və sözü Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri xanım Günel Sadiyevaya verdi.

Çıxışında xanım Sadiyeva iştirakçıların sual və təklifləri əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kredit və vergitutma məsələləri, bank əmanətləri üzrə gəlir faizlərinin vergidən azadolunması mövzuları, və həmçinin Start up-larin nizamnamə kapitalı və nominal dəyər anlayışları haqqında ətraflı şəkildə məlumat verdi.

Günel Sadiyeva çıxışında gələcək layihələrdən biri olan Karbon vergilər ideyası əsasında məhsulların istehsal və idxalı üzrə vergiyə cəlb olunması ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Görüşdə həmçinin sahibkarlıq fəaliyyətinə dair əlavə şərtlər haqqında dinləyicilərin fikirləri ətrafında müzakirıələr aparıldı.

Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.

25.06.2024: Ələt Azad İqtisadi Zonasına İşgüzar Səfər

25 iyun 2024-cü il, çərşənbə axşamı günü AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri üzrə İşçi Qrupu çərçivəsində Ələt Azad İqtisadi Zonasına (AFEZ) işgüzar səfər olmuşdur.

İştirakçılar Ələt Azad İqtisadi Zonasında baş verən prosesləri araşdırmaq və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov ilə ikitərəfli görüşdə iştirak etmək üçün imkan əldə etdi.

Cənab Ələsgərov İqtisadi Zonadan potensial istifadəyə dair təqdimatla çıxış edərək investorlar üçün çoxsaylı imkan və üstünlükləri qeyd etdi. O, İrlandiya Respublikasının Avropanın ən kasıb ölkələrindən birindən aparıcı ixracatçıya çevrilməsi təcrübəsi ilə iştirakçıları məlumatlandırdı. Cənab Ələsgərov, həmçinin Çinin uğur hekayəsi və Hindistanın iqtisadi zonanın inkişafındakı problemlərinə toxundu. O, AFEZ-in unikal xüsusiyyətlərini və onun dünya miqyasında analoji qurumlardan fərqini ətraflı izah edərək, onun Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsirini vurğuladı.

Səfər şirkətləri maraqlandıran əsas məsələlərin həlli ilə bağlı Azad İqtisadi Zona üzrə məlumat xarakterli daxili turdan ibarət olub və maraqlı sual-cavab sessiyası ilə yekunlaşdı.

14.05.2024: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

AHK Azərbaycanın 14 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşündə Dayanıqlı İnkişaf və ESG mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri xanım Günel Sadiyeva iştirakçıları salamladı. Məruzəçiləri qonaqlara təqdim etdikdən sonra isə görüşün gedişatı haqqında və Azərbaycanda COP-29 ilə bağlı gedən hazırlıqlarla bağlı iştirakçıları məlumatlandırdı. Daha sonra isə o, sözü PwC Azərbaycanın Baş hüquq sədri xanım Leyla Sadıxovaya verdi.

Tədbirdə məruzəçi kimi iştirak edən xanım Sadıxova çıxışında beynəlxalq müstəvidə dayanıqlı inkişaf, qəbul edilmiş konvensiyalar və həmçinin BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyi barədə söz açdı. Burada müəyyən olunan inkişaf məqsədlərinin əksərinin ətraf mühitə aid olduğunu xüsusilə vurğuladı. Çıxışı zamanı xanım Sadıxova Dayanıqlı İnkişafın Ekoloji, Sosial və İdarəetmə (ESG) faktorlarından bəhs etdi. O, Ekoloji faktora iqlim dəyişiklikləri, ətraf mühitin deqradasiyası və ekosistemlərin pozulması; Sosial faktora gender məsələləri, inklüzivlik və əmək münasibətləri; İdarəetmə faktoruna isə təşkilati struktur, mükafatlandırma, müxtəliflik və bərabərlik kimi mövzuların daxil olduğunu vurğuladı.

Xanım Sadıxova tədbir iştirakçılarına Azərbaycan 2030 - Sosial İqtisadi İnkişafa dair Milli Prioritetlər barəsində geniş məlumat verdi. Bu prioritetlər arasında həmçinin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və "Yaşıl Artım" ölkəsi prioritetləri yer alır. Təqdimat əsnasında o, maliyyə sahəsi üzrə dayanıqlı inkişafın biznes üçün təqdim etdiyi imkanlar və üstünlüklərə də toxundu. Çıxışını yekunlaşdıraraq sözü PwC Azərbaycanın Audit xidmətləri üzrə baş meneceri xanım Günay Əsgərovaya verdi.

Xanım Əsgərova da öz növbəsində iştirakçıları salamlayaraq çıxışına ESİ Strategiyanın tərtibatı maraqlı tərəflərin qarşılanmasında dəstək olması, ESİ strategiyasında Ekoloji aspekti, Sosial aspekti və İdarərtmə aspekti ilə bağlı məqsədlər və öhdəliklər; Dayanıqlı inkişafa dair təşəbbüslər; İşin gedişatını təsvir edən hesabatlıq haqqında məlumat verdi. Çıxışını ESİ sisteminin 5 mərhələsinin tətbiq olunması haqqında ətraflı məlumat verərək yekunlaşdıran xanım Əsgərova iştirakçılara öz təşəkkürünü bildirdi.

Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.

21.12.2023: İR və PTT və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qruplarının birgə görüşü

21 dekabr 2023-cü il tarixində AccessBank QSC-nin Baş ofisində İR və PTT və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi qruplarının birgə görüşü keçirildi. Tədbirin məruzəçiləri qismində BHM Hüquq Şirkətinin Hüquq məsələləri üzrə vitse-sədri Gülnar Qurbanova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri cənab Fuad Heydərov iştirak etmişdilər.

İR və PTT İşçi Qrupunun sədri, AccessBank QSC-nın İnsan Resusları üzrə İcraçı direktoru xanım Nigar Hüseynzadə iştrakçıları salamlayaraq tədbiri açıq elan etdi, həmçinin iclasın gedişatı haqqında iştrakçılara qısa məlumat verdi. Daha sonra söz xanım Qurbanovaya verildi. Xanım Qurbanova da öz növbəsində iştrakçıları salamladı.

Xanım Qurbanova öz çıxışına cari ildə Əmək Məcəlləsində edilmiş əsas dəyişiklikləri və yenilikləri izah etmək ilə başladı. Bununla yanaşı xanım Qurbanova biznes sorğusunun nəticələrini paylaşaraq Əmək Məcəlləsi isə bağlı yaranan problemlər və arzu edilən gözləntiləri sadaladı.

Daha sonra xanım Qurbanova sözü cənab Heydərova ötürdü. Cənab Heydərov sosial tərəfdaşlıq prinsepilərinin fəaliyyəti haqda məlumat verdi. Həmçinin o, 2024-cü ildə olacaq yeni lahiyələr və gələcək düzəlişlər haqda danışdı. Daha sonra isə cənab Heydərov iştrakçılarla birgə Əmək və Məşğulluq altsistemində (ƏMAS) olan aktual problemləri müzakirə etdi.

Tədbiri sual-cavab sessiyası ilə yekunlaşdı.

07.12.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

7 dekabr 2023-cü il tarixində AHK Azərbaycanın ofisində Vergi, Gömrük və Hüquq Məsələləri İşçi qrupunun sıradaki görüşü keçirildi. Görüşdə Vergi Qanunvericiliyində 2024-cü il üçün edilən dəyişikliklər müzakirə olunmuşdur. Tədbirin məruzəçiləri Dövlət Vergi Xidmətindən, Vergi siyasəti baş idarəsinin rəisinin müavini Əvəz Quliyev və Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov olmuşdular.

Öncəliklə Vergi, Gömrük və Hüquq Məsələləri İşçi qrupunun sədri, PwC Azərbaycanın Vergi xidmətləri üzrə direktoru xanım Günel Sadiyeva iştirakçı şirkətlərin nümayindələrini salamladı və görüşün gedişatı haqqında qısa məlumat verdi. Sonra xanım Sadiyeva sözü cənab Quliyevə ötürdü. Cənab Quliyev təqdimatı yeni dəyişikliklərin əsas istiqamətlərinin əhatə dairəsi haqqda danışdı. O həmçinin maliyə, kənd təssərüfatı, nəqliyyat, turizm və səhiyyə sektorlarında baş tutacaq dəyişikliklər haqqında ətraflı məlumat verdi.

Sonra cənab Quliyev Vergi inzibatçılarının təkmilləşdirilməsi məsələsinə də toxundu. Son olaraq cənab Quliyev Kölgə iqtisadiyyat və Vergidən yayınma hallarına qarşı mübarizəsinin gücləndirilməsi üçün olacaq yeniliklər haqqda iştirakçıları məlumatlandırdı.

Görüşün sonunda xanım Sadiyevanın moderasiyası ilə çoxtərəfli müzakirə keçirildi. Tədbir “sual-cavab” sessiyası ilə başa çatmışdır.

14.11.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

14 noyabr 2023-cü il tarixində AHK Azərbaycanın üzvü olan şirkətlər üçün Hyatt Regency İclas və Konfrans Mərkəzinin Şamaxı zalında Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü təşkil olundu. İşçi qrupunun sədri xanım Günel Sadiyeva iştirakçı şirkətləri salamladı və görüşün gedişatı haqqında qısa məlumat verdi. Həmçinin xanım Sadiyeva PwC Azərbaycana görüşün keçirilməsinə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirdi.

Tədbirin ilk yarısında Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin rəis müavini cənab Ceyhun İsmayılov iştrakçılara vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) əsas prinsipləri və standartları haqqında ətraflı məlumat verdi və onların Azərbaycanda tətbiq edilməsindən danışdi. Cənab İsmayılov həm də Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırması (APA) dəyişiklikləri və Qeyri-Rezidentlərin vergi uçotu haqqında ətraflı məlumat verdi.

Görüşün ikinci yarısında cənab İsmayılov “Global Rules” (GloBE) minimum qaydalarına yanaşma və saziş əsaslı qaydalar barədə məlumat verərək çıxışını tamamladı. Daha sonra tədbir xanım Sadiyevanın moderatorluğu altında sual-cavab sessiyası ilə dəvam etdi.

Tədbirin sonunda görüşün iştrakçılarına Autocapital-Azerbaijan MMC-nin gömrük idarəsinin rəisi olan cənab Elvin Əliyevin, Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupununa gömrük məsələləri üzrə yeni vitse sədr vəzifəsinə təyinatı haqqında məlumat verildi.

Əlavə olaraq, AHK Azərbaycan adından tədbirə sponsor dəstəyi üçün PwC Azərbaycana xüsusi minnətdarlığımızı bildiririk.

27.09.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

27 sentyabr 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunan Rəqabət Məcəlləsinin layihəsi haqqında müzakirələr aparıldı, daha sonra bununla bağlı AHK Azərbaycan üzvlərini maraqlandıran məsələ və sualların dairəsinin müəyyən edilməsi həyata keçirildi.

İclası açıq elan edən xanım Günel Sadiyeva iştirakçıları salamladı və görüşün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi cənab Məmməd Abbasbəylinin ilə keçiriləcək AHK Impuls tədbirinə hazırlıq üçün yaxşı bir imkan olacağına inandığını bildirdi.

Çıxışında xanım Günel Sadiyeva rəqabət sahəsindəki dəyişikliklərə və antiinhisar mövzusuna toxundu. Bundan əlavə işçi qrup ilə birlikdə sövdələşmələr və müqavilələr mövzusunda danışıqlar keçirildi. Həmçinin rəqabət orqanın müstəqilliyinin önəmi vurğulandı və iştirakçılar öz aralarında fikir mübadiləsi apardı. Ardınca isə işçi qrupu, monopoliya və monopolist şirkətlərin siyasəti mövzusunda diskussiya keçirdi.

Görüş xanım Günel Sadiyevanın moderatorluğu altında iştirakçıların aktiv müzakirələri ilə keçirildi. Həmçinin görüş zamanı tədbir iştirakçıları öz təcrübələrini bölüşdü və çalışdıqları sahələrə istinadən öz fikirlərini bölüşdülər. Tədbirin sonunda, növbədə keçirilməsi planlaşdırılan AHK Impuls tədbiri üçün iştirakçılardan sullar və təkliflər toplanıldı.

12.06.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

12 iyun 2023-cü il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə İşçi Qrupunun 2023-cü ilin ikinci yarısı üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda vergi, gömrük və hüquq sahələrində aktual mövzular ətrafında müzakirələr aparıldı.

İclası açıq elan edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun yeni sədri xanım Günel Sadiyevanı və Hüquq Məsələləri üzrə vitse-sədr xanım Gülnar Qurbanovanı təqdim etdi. O, bu görüşün qarşıda Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov ilə keçiriləcək AHK Impuls tədbirinə hazırlıq üçün yaxşı bir imkan olacağına inandığını bildirdi.

Çıxışında xanım Günel Sadiyeva işçi qrupunun yaxın gələcəkdə əsas məqsədlərindən danışdı. İşçi qrupuna aktivlik gətirmək və mütəmadi olaraq görüşlərin keçirilməsi, eləcə də bütün biznes nümayəndələri üçün vasitəçi rolunu oynamaq bu məqsədlər arasındadır. Daha sonra xanım Gülnar Qurbanova əlavə etdi ki, bu görüş müəyyən mənada tanışlıq xarakteri daşıyır və iştirakçıları müvafiq sahələrdə qarşılaşdıqları problemləri ünvanlamaq üçün üçün bu platformadan istifadə etməyə çağırdı.

Görüş xanım Günel Sadiyevanın moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Vergi, Gömrük və Hüquq Məsələləri öz fəaliyyətini vergi şəffaflığı, gömrük prosedurları, ticarətin asanlaşdırılması və antiinhisar tənzimləmələri sahələrində mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır.

23.02.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

23 fevral 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin onların praktiki və texniki tərəfləri ilə bağlı aktiv müzakirələr aparıldı.

İclası açıq elan edən Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri cənab Fərid İsayev iştirakçıları salamladı və üzv şirkətlərin təklif və tövsiyələrinin Dövlət Vergi Xidmətinə təqdim edilməsi təşəbbüsü haqqında məlumat verdi. Dövlət Vergi Xidmətində müşavir vəzifəsində çalışan cənab Arif Quliyev görüşə qoşularaq, struktur dəyişiklikləri və yeni müstəqil Vergi Ombudsmanı İnstitutunun yaradılması planları ilə bağlı danışdı. Yeni qurum Dövlət Vergi Xidmətinin rəisinə birbaşa təklif və tövsiyələri çatdıra biləcək və burada əsas məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunmasıdır.

Görüş cənab Fərid İsayevin moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Görüş zamanı ƏDV bəyannamələrinin təqdim edilməsi prosesi, vergitutma prosedurları, fiziki şəxslərin vergiyə cəlb edilməsi və üzv şirkətlərin gündəlik üzləşdiyi çətinliklər müzakirə edildi və qərara alındı ki, müzakirə olunan fikirlər yığılaraq Dövlət Vergi Xidmətinə təklif və tövsiyələr şəklində göndəriləcəkdir.

18.11.2025: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

18 noyabr 2025-ci ildə AHK Azerbaijan-ın Vergi, Gömrük və Hüquqi İşlər üzrə İşçi Qrupu Sazişlərin rəqabəti məhdudlaşdırmasının müəyyənləşdirilməsində isbat standartları" və "Rəqabət siyasətinin əsas istiqamətləri" mövzusunda məlumatlandırıcı sessiya təşkil edib.

 

Tədbirə hüquq ekspertləri və biznes nümayəndələri qatılıb, Azərbaycan qanunvericiliyi çərçivəsində ticarət nişanlarının qeydiyyatı, lisenziyalaşdırılması, qorunması və françayzinq aspektləri müzakirə edilib.

 

Sessiya Günel Sadıqova tərəfindən idarə olunub və iştirakçılara intellektual mülkiyyət hüquqları və milli qanunvericiliyə uyğunluq mövzusunda dərin müzakirə platforması təqdim edilib. Tədbir Azərbaycan rəqabət qanunvericiliyinin əsas aspektlərinin tanıdılmasına və onun biznes praktikalarında tətbiqinə diqqət yetirib. İştirakçılar müxtəlif bazar strukturları, onların qiymət formalaşmasına, bazara girişə və ədalətli rəqabətə təsirləri haqqında məlumatlandırılıb.

 

Əsas məruzəçi kimi çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii İnhisarlara Dövlət Nəzarəti Departamentinin rəhbəri Şəmsi Rzalı , iqtisadi subyektlərin təriflərini, aidiyyəti bazar anlayışlarını və horizontal və vertikal razılaşmaların hüquqi çərçivəsini təqdim edib. Anti-rəqabət davranışının riskləri və bazarın manipulyasiya olunması və rəqabətin məhdudlaşdırılması hallarının müəyyən edilmə meyarları diqqət mərkəzində olub. O, həmçinin innovasiyaya, bazarın inkişafına və kiçik bizneslərin rəqabət qabiliyyətinə dəstək verən razılaşmalar üçün istisna mexanizmlərindən bəhs edib.

 

Sessiya nəticəsində iştirakçılar biznes praktikasını uyğunluq standartları ilə necə əlaqələndirmək və Azərbaycanda şəffaf, rəqabətli bazar mühiti yaratmaq yolları barədə daha aydın anlayış əldə ediblər. Tədbir interaktiv sual-cavab sessiyası ilə başa çatıb və iştirakçılar Azərbaycan ticarət nişanlarının qorunması ilə bağlı qarşıya çıxan çətinliklər və imkanlar barədə fikir mübadiləsi aparıblar.

29.10.2025: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

2025-ci il oktyabrın 29-da Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Vergi, Gömrük və Hüquqi Məsələlər üzrə İşçi Qrupu “Azərbaycan qanunvericiliyinə əsasən əmtəə nişanlarının qorunması” mövzusunda maarifləndirici sessiya keçirib. Görüş hüquq sahəsinin mütəxəssislərini və şirkət nümayəndələrini bir araya gətirərək əmtəə nişanlarının qeydiyyatı, lisenziyalaşdırılması, qorunması və françayzinq kimi əsas hüquqi aspektləri müzakirə etmək üçün platforma yaradıb.

 

Sessiyaya Günel Sədiyeva moderatorluq edib və tədbir intellektual mülkiyyət hüquqları ilə bağlı dərin müzakirələrə, eləcə də milli qanunvericiliyə uyğunluq məsələlərinə həsr olunub.

 

Tədbirdə çıxış edən Schneider Group şirkətinin baş hüquqşünası Səbinə Kərimova, əmtəə nişanlarının növləri, funksiyaları və Azərbaycanda qeydiyyat prosesi barədə geniş təqdimatla çıxış edib. O, brendin bütövlüyünün qorunması üçün əmtəə nişanı sahibliyinin hüquqi incəliklərini dərindən anlamağın vacibliyini vurğulayıb.

 

Daha sonra Schneider Group şirkətinin direktoru və tərəfdaşı Thomas Mundry, lisenziya və françayzinq müqavilələri, paralel idxal qaydaları və Dövlət Gömrük Komitəsinin reyestrinin əmtəə nişanlarının qorunmasında rolu haqqında ətraflı məlumat verib. Onun təqdimatı şirkətlərin öz intellektual mülkiyyətini qorumaq və Azərbaycan bazarında daha etibarlı fəaliyyət göstərmək üçün tətbiq edə biləcəyi praktiki mexanizmlərə işıq salıb.

 

Sessiya iştirakçılara intellektual mülkiyyət hüququ sahəsində biliklərini dərinləşdirmək və fəaliyyətlərini milli və beynəlxalq standartlara uyğunlaşdırmaq üçün faydalı tövsiyələr təqdim edib.

 

Tədbir sonda interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. İştirakçılar Azərbaycanda əmtəə nişanlarının qorunması ilə bağlı aktual problemlər və perspektivlər barədə fikir mübadiləsi aparıblar.

23.05.2025: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

2025-ci il mayın 23-də AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş çərçivəsində "Birbaşa gömrük təmsilçiliyi: biznes üçün üstünlükləri və əsas nüanslar" mövzusunda təqdimat keçirildi.

 

Tədbirin açılışını İşçi Qrupunun rəhbəri və PwC Azərbaycan şirkətinin Vergi Direktoru Günel Sədiyeva etdi.

 

Təlimçi qismində çıxış edən “Avtokapital-Azərbaycan” MMC-nin Gömrük Departamentinin rəhbəri və PwC Azərbaycan şirkətinin Baş Gömrük Mütəxəssisi Elvin Əliyev, birbaşa gömrük təmsilçiliyi modelinin bizneslər üçün üstünlükləri barədə məlumat verdi. Bu üstünlüklərə prosedurların sürətlənməsi, maliyyə xərclərinin azalması, risklərin azaldılması və məlumat məxfiliyinin artırılması daxildir.

 

Elvin Əliyev çıxışında qeyd etdi:

“Vaxtdan və insan resurslarından qənaətlə istifadə edirik və ‘Yaşıl Dəhliz’ gömrükdəki gecikmə və dayanmaların azaldılmasına əhəmiyyətli dərəcədə töhfə verir. Bu mexanizm gömrük proseslərində səmərəlilik və şəffaflığın artırılması baxımından həyati əhəmiyyət daşıyır.”

 

Görüşdə həmçinin birbaşa təmsilçilik üçün müraciət prosesi və tələb olunan sənədlər barədə praktiki məlumatlar təqdim olundu.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və peşəkarlar arasında bilik və təcrübə mübadiləsi üçün dəyərli platforma rolunu oynadı.

28.01.2025: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

28 yanvar 2025-ci il tarixində, AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutdu. İclasda Büdcə-vergi siyasəti çərçivəsində vergi qanunvericiliyində həyata keçirilməsi planlaşdırılan dəyişikliklər barədə müzakirələr aparıldı. 

 

Qonaq spikerimiz, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi, Rəşad Nuriyev növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında iştirakçıları ətraflı məlumatlandırdı.

 

Görüşdə qanun layihəsi əsasında investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi (vergi nəzarəti mexanizmi), beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılmasına dair qarşıya qoyulan əsas məqsədlər vurğulandı. Bundan əlavə, dövlət-özəl tərəfdaşlığı layihələri (PPP) haqqında qanunvericilikdə olan tənzimləmələr, rəqəmsallaşma və icarə xidmətləri üzrə əlaqələndirici platformaların inkişafı istiqamətində atılan addımların əhəmiyyəti qeyd edildi.

  • Günel Sadiyeva

    Günel Sadiyeva

    Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun Sədri PwC Azərbaycan

  • Gulnar Gurbanova

    Gülnar Qurbanova

    Hüquq Məsələləri üzrə Vitse-Sədr BHM Hüquq Şirkəti MMC

  • Elvin Aliyev

    Elvin Əliyev

    Gömrük Məsələləri üzrə Vitse-Sədr Avtokapital-Azərbaycan MMC