Press Release

AHK Azərbaycan İdarə heyətinin yeni üzvlərini seçib

29.11.2019

28 noyabr 2019-cu il tarixində Fairmont Baku Hotel, Nizami Gəncəvi zalında Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Üzvlər Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağında AHK Azərbaycanın son ildə keçirtdiyi tədbirləri və nailiyyətləri müzakirə olunub. Həmçinin, Üzvlər Yığıncağında Palatanın İdarə heyətinin yeni üzvləri seçilib.

Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədr müavini cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. AHK üzvlərini salamlayan Almaniyanın Azərbaycandaki Səfiri cənab Volfqanq Maniq Almaniya Səfirliyindən olan yeniliklər ilə paylaşıb və AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti haqqında qısa hesabat ilə çıxış edib.

Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsi və seçki komissiyasının müəyyən edilməsindən sonra bütün namizədlər öz təqdimatları ilə çıxış ediblər. Aşağıda AHK Azərbaycanın İdarə heyətinin yeni üzvləri ilə tanış ola bilərsiniz:

cənab Fərid İsayev - KPMG Azerbaijan Ltd şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri

cənab Valter Gag - Hyatt Regency Baku Hotelin Baş direktoru

cənab Anar Həsənov - AccessBank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru

cənab Əliyar Həşimli - Weidmüller Interface GmbH & Co. KG şirkətinin Xəzər dənizi regionu ölkələrinin biznesin inkişafı üzrə Meneceri

Dr Michael Hilmer - Uniper Global Commodities SE şirkətinin Cənub regionu ölkələrinin qaz təchizatı üzrə Vitse-Prezidenti

Dr Henninq Sasse - NORM LLC şirkətinin Baş İcraçı Direktoru

cənab Tobias Baumann - AHK Azərbaycanın İcraçı Direktoru

İdarə heyəti üç il müddətinə təyin olunur. Bundan sonra, AHK Azərbaycan-ın yeni üzvləri təqdim olunub və tədbir axşam yeməyi ilə yekunlaşıb.

Ətraflı məlumat üçün:


Əlaqələndirici şəxs Aidə Əliyeva

E-mail: aida.aliyeva@ahk-baku.de

Publications on the topic