Kiber Təhlükəsizliyi üzrə Maarifləndirmə

Mövcud bir çox saxtakarlıq metodlarından heç birinin qurbanına çevrilməyəcək savadlı və texnoloji cəhətdən məlumatlı işçilər, etibarlı işgüzar fəaliyyətlərin aparılmasında vacib bir amildir. Bu təlimin məqsədi işçilərin mövcud təhlükələr barədə məlumatlılığın artırılması yolu ilə İT sahəsində insidentlərin baş vermə ehtimalının azaldılması və sistemin həssaslığının mümkün olan ən aşağı səviyyəyə endirilməsidir. Seminarda əldə olunan bütün biliklər həm iş şəraitində, həm də şəxsi həyatda tətbiq oluna biləcəkdir.

© Getty Images/sturti

Bu seminarın və təqdim olunan məzmunun məqsədi, işinizi idarə edərkən texnologiyadan daha səmərəli və etibarlı istifadə yolları haqqında məlumat əldə etməyiniz, eyni zamanda təlim ərzində qazanılan biliklər vasitəsi ilə ağıllı və təhlükəsiz qərarlar qəbul etməyinizdir.

"Kiber təhlükəsizliyi" proqramının qısa məzmunu

Proqram

  • İnformasiya təhlükəsizliyinin əsasları
  • Bilməli olduğunuz cari kiber təhdidlər, kiberhücumlar və onları necə tanımalı
  • Şirkətinizə cavabdehlik və məsuliyyət
  • Ən həssas olduğumuz yer
  • İşçilərinizi və işinizi müvəffəqiyyətlə necə qorumaq olar (praktiki təcrübə, nümunələr)

Təlim metodları: Təqdimat / Məşqçilik / praktiki nümunələr, praktik məsləhətlər və tövsiyələr, demolar (sosial mühəndislik, fişinq, çiyin sörfü, viruslar, kriptolokerlər, e-poçt şantajları və s.).

Sertifikat və təlimçi

Tino Šokić - təlimçi, on ildən artıqdır ki, peşəkar İT sahəsində Kiber Təhlükəsizliyi və Məxfilik üzrə mütəxəssisdir. Hüquq fakültəsində təhsil almaq və İT sahəsində müxtəlif sertifikat qazanmaq kombinasiyası ilə cənab Šokić kiber təhlükəsizliyi və məxfiliyə, eləcə də bizi əhatə edən bütün texnologiyalara və verdikləri imkanlara dair dərin biliklər əldə edib. Cənab Šokić, Xorvatiyanın ən böyük magistral idarəetmə şirkətlərindən birində şəbəkə və təhlükəsizlik mühəndisi olaraq çalışıb, burada İT proseslərinin texniki tərəfləri ilə bağlı təcrübə əldə edib. Bundan əlavə, o, dünyanın bəzi aparıcı kiber təhlükəsizlik təhsili platformaları olan Cybrary.it və EC-Council CodeRed şirkətlərində təlimçi olaraq, təhlükəsizlik təhsili baxımından son istifadəçilərin ehtiyacları və tələbatları ilə yaxından tanışdır. Cənab Šokić, praktik nümunələr və təcrübələr vasitəsilə birbaşa tətbiq olunan bilikləri təqdim etdiyi, müxtəlif seminarlarda və kiber konfranslarda tez-tez qonaq məruzəçi olaraq yer alır.  

Kursu bitirdikdən sonra siz AHK-nın fəaliyyət göstərdiyi 91-dən çox ölkədə keçərli olan AHK sertifikatını əldə edəcəksiniz.

Kursun vaxtı və qiyməti

Onlayn təlimin müddəti: 4 X 90 dəq.

Tarixlər:
21/10/2020 saat 16-da başlayır.
28/10/2020 & 4/11/2020 & 11.11.2020 saat 17-də başlayır.

İştirak haqqı: 200 AZN (160 AZN AHK üzv şirkətləri nümayəndələri) Qeyd edilmiş qiymətlərə əlavə dəyər verigisi daxil deyil.

İştirak haqqı təlim kursu başlamazdan əvvəl ödənilməlidir.

Tələblər və qeydiyyat

İlkin şərt ingilis dilini yaxşı səviyyədə bilməkdir.

Kursun hədəf qrupuna daxildir: İnternetə çıxışı olan, smartfona, kompüterə, planşetə və ya internetə qoşulan hər hansı bir cihaza sahib və hazırki rəqəmsal dövrdə işləməyin təhlükələrini bilən hər bir kəs.

Bütün iştirakçılar ilkin seçim mərhələsindən keçəcəkdir. İştirak yalnız təsdiq olunduqdan sonra mümkündür. Seçilmiş iştirakçılar onlayn portala giriş məlumatları ilə təmin olunacaqlar.

Sizi qarşıdan gələn təlim üçün qeydiyyatdan keçməyə dəvət edirik. Təlimə qeydiyyatın son tarixi 19 oktyabr 2020-ci il tarixidir.

“Kiber təhlükəsizliyi” onlayn seminarı üçün qeydiyyat