Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
İR və PTT İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
01.12.2022 · 15:00
Tədbirin bitmə tarixi
01.12.2022 · 16:30

1 dekabr 2022-ci il tarixində 40-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş yaxın aylarda dərc olunacaq “AHK Human Resources Insights” buraxılışlarının əsas nəticələrinin müzakirəsinə həsr olundu. Məlumat üçün qeyd edək ki, 2022-ci ilin ilk aylarından AHK Azərbaycan İR və PPT İşçi Qrupunun bir neçə üzvündən ibarət komanda Azərbaycanda insanlar resursları sahəsi ilə bağlı praktikada üzləşilən ən vacib və çətin sualları cavablandıra biləcək məqalələr üzərində çalışır.

İclası açıq elən edən cənab Tobias Baumann iştirakçıları və spikerləri salamladı və “AHK Human Resources Insights” buraxılışlarının hazırlanmasına komanda üzvlərinin gərgin əməyini yüksək qiymətləndirdiyini bildirdi. O, cənab Dəyanət Əhmədova son beş il ərzində fəal əməkdaşlığına görə təşəkkür edərək növbəti ildən İR və PTT İşçi Qrupunun sədrliyinin AccessBank QSC-nin İnsan resursları üzrə icraçı direktoru xanım Nigar Hüseynzadəyə həvalə olunduğunu elan etdi.

Daha sonra cənab Dəyanət Əhmədov İR və PTT İşçi Qrupunun yaradılmasının əsas təşəbbüskarı olaraq qrupun əsas məqsədlərini xatırlatdı. “AHK Human Resources Insights” buraxılışlarından danışaraq o əlavə etdi ki, bu ilin sonuna daha bir neçə nəşrin yekunlaşması gözlənilir.

İşçi qrupu tərəfindən daha öncə üç əsas mövzu seçilmiş və hər bir mövzu üçün iki komanda üzvü təyin edilmişdir. Mövzular və onlara təyin edilmiş komanda üzvləri aşağıdakı kimi idi:

  • Performansın idarə edilməsi - xanım Nigar Hüseynzadə və cənab Yılmaz Öztürk;
  • Loyallığın artırılması üçün mexanizmlər və işçilərin bağlılığı və saxlanılması - xanım Asiya Haqverdiyeva və xanım Səadət Nurməmmədova;
  • İşçilərin rifahı və əqli sağlamlıq - xanım Nigar İbadzadə və xanım Jalə Mürsəlova.

Görüş zamanı komanda üzvləri mövzular üzrə əsas nəticələrini iştirakçılara təqdim etdi. Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı