Top Event
Top
Onlayn
Üzvlər Tədbiri
Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü
Tədbirin dili
Tədbir Azərbaycan dilində keçiriləcək və ingilis dilinə sinxron tərcümə olunacaqdır.
Tədbirin başlanma tarixi
20.05.2021 · 15:00
Tədbirin bitmə tarixi
20.05.2021 · 16:30

20 may 2021-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunmasında gömrük nəzarəti mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək cənab AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann AR Dövlət Gömrük Komitəsinə Palata ilə sıx əməkdaşlıq etdiklərinə və İşçi Qrupunun fəaliyyətinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi və paylama hüquqları, eləcə də saxta məhsullar ilə mübarizə daxil olmaqla mövzunun vacibliyinə diqqət çəkdi. Onlayn görüş AHK Azərbaycan İcraçı direktorunun müavini xanım Nigar Bayramlı tərəfindən moderasiya edildi və məruzəçi qismində Dövlət Gömrük Komitəsindən üç rəhbər şəxs - Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi cənab Səməd Qaralov; Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi cənab Ceyhun Nəcəfli; Xarici Ticarət İştirakçıları ilə İş şöbəsinin rəisi cənab Mahmud Nuriyev görüşə qatılaraq bu sahədə öz təcrübələrini iştirakçılarla bölüşdülər.

Həmçinin görüşdə BHM Hüquq Şirkətində Korporativ Hüquq və Maliyyə şöbəsinin hüquq meneceri xanım Türkan Hacıyeva ölkədə əqli mülkiyyət hüquqlarının müdafiəsinin mövcud vəziyyəti haqqında iştirakçılara ərtaflı məlumat verdi.

Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı