Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin dili
Tədbir Azərbaycan dilində keçiriləcəkdir.
Tədbirin başlanma tarixi
12.06.2023 · 11:00
Tədbirin bitmə tarixi
12.06.2023 · 12:30

12 iyun 2023-cü il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə İşçi Qrupunun 2023-cü ilin ikinci yarısı üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda vergi, gömrük və hüquq sahələrində aktual mövzular ətrafında müzakirələr aparıldı.

İclası açıq elan edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun yeni sədri xanım Günel Sadiyevanı və Hüquq Məsələləri üzrə vitse-sədr xanım Gülnar Qurbanovanı təqdim etdi. O, bu görüşün qarşıda Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov ilə keçiriləcək AHK Impuls tədbirinə hazırlıq üçün yaxşı bir imkan olacağına inandığını bildirdi.

Çıxışında xanım Günel Sadiyeva işçi qrupunun yaxın gələcəkdə əsas məqsədlərindən danışdı. İşçi qrupuna aktivlik gətirmək və mütəmadi olaraq görüşlərin keçirilməsi, eləcə də bütün biznes nümayəndələri üçün vasitəçi rolunu oynamaq bu məqsədlər arasındadır. Daha sonra xanım Gülnar Qurbanova əlavə etdi ki, bu görüş müəyyən mənada tanışlıq xarakteri daşıyır və iştirakçıları müvafiq sahələrdə qarşılaşdıqları problemləri ünvanlamaq üçün bu platformadan istifadə etməyə çağırdı.

Görüş xanım Günel Sadiyevanın moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Vergi, Gömrük və Hüquq Məsələləri öz fəaliyyətini vergi şəffaflığı, gömrük prosedurları, ticarətin asanlaşdırılması və antiinhisar tənzimləmələri sahələrində mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı