Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
04.10.2022 · 11:00
Tədbirin bitmə tarixi
04.10.2022 · 12:30

4 oktyabr 2022-ci il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi.

İclası açıq elan edən AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev iştirakçıları salamladı və görüşün təşkilində yaxından əməkdaşlıq etdiklərinə görə Dövlət Vergi Xidmətinin nümayəndələrinə minnətdarlığını bildirdi. O, daha sonra tədbirin fəxri qonağı olan Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi cənab Nicat İmanovu təqdim etdi. Cənab İsayev bildirdi ki, vergi qanunvericiliyinə növbəti dəyişikliklərin edilməsi nəzərdə tutulur və Dövlət Vergi Xidməti tərəfindən bu sahədə biznes icmalarına mütəmadi şəkildə məlumatlar verilir və müzakirələr aparılır.

Cənab Nicat İmanov Palata nümayəndələri ilə keçirilən bu tipli görüşlərin artıq ənənə halı aldığını bildirdi və qeyd etdi ki, görüşün məqsədi növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində həyata keçirilməsi planlaşdırılan dəyişikliklərin əsas istiqamətlərinin təqdim edilməsidir. Gözlənilən dəyişiklərin əsas məqsədi dəyişən iqtisadiyyatın fonunda tələb olunan yeniliklərin qanunvericilikdə öz əksini tapmasıdır.

Çıxışı zamanı cənab Nicat İmanov investisiya mühitinin təşviq edilməsi, maliyyə institularının fəaliyyətinin tənzimlənməsi, vergi ödəyiciləri üçün bank hesabların açılması daxil olmaqla bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlərin dairəsin daha da genişləndirilməsi və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması kimi əsas istiqamətlərdən ibarət təkliflər haqqında tədbir iştirakçılarına məlumat verdi.

Tədbir AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə sual-cavab sessiyası və müzakirələr ilə davam etdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı