Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Tikinti və İnfrastruktur İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
03.05.2023 · 11:00
Tədbirin bitmə tarixi
03.05.2023 · 12:30

3 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Tikinti və İnfrastruktur İşçi Qrupu ilə görüşü baş tutdu. Görüşdə iştirak edən dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi kontekstində 40-a yaxın şirkət nümayəndəsi ilə ölkənin şəhərsalma və tikinti sahəsində aparılan islahatlar barədə müzakirələr aparıldı.

İclası açıq elan edən Tikinti və İnfrastruktur İşçi Qrupunun rəhbəri xanım Ummi Cəlilova iştirakçıları salamladı, görüşün gündəliyi haqqında məlumat verdi və bu mövzunun şəhərsalma və tikinti sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Tədbirdə iştirak edən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsini icra edən cənab Read Qasımov öz çıxışında İdarənin fəaliyyət istiqamətləri barədə qısa məlumat verdi.

Daha sonra, Baş İdarənin əməkdaşı Elnaz Sultanova tərəfindən “Bakının şəhərsalma təcrübəsi: islahatlar gündəliyi” mövzusunda təqdimat keçirildi. Təqdimat zamanı ümumilikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və eyni zamanda Baş İdarənin fəaliyyət istiqamətləri və hədəfləri, şəhərsalma, memarlıq və tikinti sahələrində aparılan mühüm islahatlar, tikintiyə və istismara icazələr üzrə “e-tikinti.gov.az” portalının funksionallığı, bina və qurğuların fasad pasportu, Bina İnformasiya Modelləşdirilməsinə (BİM) keçidlə bağlı strategiya kimi mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunuldu.

Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra iştirakçıları maraqlandıran suallar müvafiq qaydada cavablandırıldı.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı