Onlayn
Informasiya Səfəri
Rəqəmsal və Davamlı Kənd Təsərrüfatı üzrə Onlayn Nümayəndə Heyəti Səfəri və İkitərəfli Biznes Görüşləri
Tədbirin başlanma tarixi
29.09.2021 · 09:00
Tədbirin bitmə tarixi
30.09.2021 · 18:00

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Sizi böyük məmnuniyyətlə 29-30 sentyabr 2021-ci il tarixlərində “Bayern – fit for Partnership” layihəsi çərçivəsində keçiriləcək onlayn nümayəndə heyəti səfəri və ikitərəfli biznes görüşlərində iştirak etməyə dəvət edir. 

AHK Azərbaycan, Bavariya İqtisadi İşlər, Regional İnkişaf və Energetika Nazirliyinin dəstəyi və TUM-Tech GmbH ilə əməkdaşlıq çərçivəsində Azərbaycan şirkətləri üçün "Rəqəmsal və davamlı kənd təsərrüfatı" mövzusunda onlayn nümayəndə heyəti səfəri təşkil edir.

Bu səfər çərçivəsində, əkinçilikheyvandarlıq sahələri üzrə fəaliyyət göstərən alman şirkətləri ilə onlayn B2B görüşləri baş tutacaq.

Bu işgüzar görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələri tanımaq, peşəkar biznes şəbəkənizi genişləndirmək üçün istifadə edə bilərsiniz.

Tədbirdə iştirak ödənişsizdir. İştirakınızı təsdiq etmək üçün qeydiyyat formasını 16 iyul 2021-ci il tarixinədək doldurmağınızı xahiş edirik.

B2B görüşlər üçün iştirakçı sayı məhdud olduğundan, ilk qeydiyyatdan keçən iştirakçılara üstünlük veriləcək.

Əlavə suallarınız olduqda, xanım Turana Yaqubovaya (email: b2b(at)ahk-baku.de, tel: +994 12 497 63 06/07) müraciət edə bilərsiniz.