Top Event
Top
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Üzvlər Tədbiri
Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü
Məkan
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Atatürk prospekti 89
1069
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
03.11.2023 · 11:00
Tədbirin bitmə tarixi
03.11.2023 · 12:30

AHK Azərbaycanın Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşü cümə günü, 3 noyabr 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 1-ci mərtəbəsində yerləşən “Innovation Space” hissəsində baş tutdu. Görüş “Enabling Tomorrow, Building It Today” mövzusunda keçirildi.

İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann iştirakçıları salamladı və görüşün gedişadı haqqında iştirakçılara məlumat verdi. Daha sonra o sözü Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri və Caspian Innovation Center MMC-nin Baş Əməliyyat İnzibatçısı cənab Orxan Quliyevə verdi. Cənab Quliyev də öz növbəsində iştirakçıları salamladı və 2030-cu il Milli prioritetlərimizdən olan innovativ cəmiyyət və rəqabətli insan kapitalı haqqında iştirakçılara məlumat verdi və bu gün ki müzakirələrin daha çox innovasiya mövzusu üzərinə olacağını qeyd etdi. Daha sonra isə cənab Quliyev sözü İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri xanım İnarə Vəliyevaya verdi.

Tədbirdə məruzəçi kimi iştirak edən xanım Vəliyeva iştirakçıları salamladı və tədbirdə iştiraklarına görə qonaqlara öz təşəkkürünü bildirdi. Çıxışı zamanı xanım Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin missiyası və vəzifələri ilə iştirakçıları tanış etdi. Uğurlu eko-sistemin qurulması və onun tərkib hissələri haqqında danışdı və daha sonra xanım Vəliyeva start-up-ların önəmi və Azərbaycanda bu sahənin inkişaf etdirilməsinin önəmini vurğuladı. İnformasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramı olan “Technest” təqaüd proqramı haqqında iştirakçılara geniş məlumat verən xanım Vəliyeva həmçinin təqaüd proqramının mahiyyətini də iştirakçılara aşıladı. Çıxışın sonunda isə xanım Vəliyeva iştirakçıların ünvanladığı suallara ətraflı cavab verdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı