Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin dili
İştirak ödənişsizdir.
Tədbirin başlanma tarixi
05.07.2022 · 11:00
Tədbirin bitmə tarixi
05.07.2022 · 12:30

5 iyul 2022-ci il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirildi. Görüşdə İşçi Qrupunun 2022-ci ilin ikinci yarısı üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda maliyyə sektorunda aktual mövzular ətrafında müzakirələr aparıldı.

İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Maliyyə Xidmətləri İşçi Qrupunun yeni sədri cənab Ramin Hüseynovu təqdim etdi və əlavə etdi ki, dünyada mövcud siyasi vəziyyətin maliyyə bazarlarına təsiri tam aydın deyil. Logistika şirkətləri xüsusən sərt sanksiyalardan əziyyət çəkir və yeni nəqliyyat dəhlizləri axtarışındadırlar. Çıxışında cənab Ramin Hüseynov Maliyyə Xidmətləri İşçi Qrupunun son dövrlərdəki fəaliyyətindən və əhatə etdikləri mövzulardan danışdı, eləcə də maliyyə sektorunda önə çıxan mühüm mövzulardan bəhs etdi.

Görüş cənab Ramin Hüseynovun moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Maliyyə Xidmətləri İşçi Qrupu öz fəaliyyətini maliyyə və əməliyyat lizinqi, kapital və qiymətli kağızlar bazarları və makroiqtisadi tendensiyalar daxil olmaqla maliyyə sektorunda mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı