Top Event
Top
Onlayn
Üzvlər Tədbiri
Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
Online Event
Onlayn
Tədbirin dili
Tədbir ingilis dilində keçirildi.
Tədbirdə iştirak ödənişsiz oldu.
Tədbirin başlanma tarixi
27.01.2022 · 11:00
Tədbirin bitmə tarixi
27.01.2022 · 13:00

27 yanvar 2022-ci il tarixində 40-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş ölkədə maliyyə və bank sektorunun rəqəmsallaşdırılması strategiyası mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək xanım Evgenia Gashikulina iştirakçıları və qonaq məruzəçi - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru cənab Fərid Osmanovu salamladı və ötən il işçi qrupunun üzvləri arasında aparılmış qısa sorğunu yada saldı. Sorğudan üzə çıxan məsələlərdən biri də bankçılıq sektorunda rəqəmsallaşma üçün gələcək yol xəritəsi ilə bağlı idi.

Cənab Fərid Osmanov öz təqdimatında yaxın gələcək üçün Mərkəzi Bankın strateji planlarını iştirakçılar ilə bölüşdü və onların bu istiqamətdə qanunvericilik, maliyyə bazarlarının inkişafı, maliyyə inkluzivliyi və rəqəmsallaşdırma sahələrində üzləşdikləri əsas məsələlərə toxundu. O, həmçinin Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqabətli, innovativ və əlçatan ödəniş ekosisteminin formalaşdırılmasını hədəfləyən Rəqəmsal Ödəniş Strategiyası haqqında ətraflı məlumat verdi.

Görüş xanım Evgenia Gashikulina tərəfindən moderasiya edildi və qonaq məruzəçinin çıxışı interaktiv sual və cavab hissəsi ilə davam etdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı