Top Event
Top
Üzvlər Tədbiri
İR və PTT İşçi Qrupunun onlayn görüşü
Tədbirin başlanma tarixi
16.03.2022 · 15:00
Tədbirin bitmə tarixi
16.03.2022 · 16:00

16 mart 2022-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti onlayn görüşü keçirildi. Görüş insan resurslarının biznes strategiyası ilə uyğunlaşdırılması mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edən cənab Dəyanət Əhmədov iştirakçıları salamladı, işçi qrupunun ötən iki il ərzində fəaliyyəti haqqında məlumat verdi və qonaq məruzəçiləri təqdim etdi. O, keçən il üzvlər arasında keçirilmiş sorğuda insan resursları sahəsində beynəlxalq təcrübənin ən çox qeyd olunan mövzular arasında olduğunu bildirdi.

Boyden Executive Research şirkətinin regional təmsilçiləri olan və insan resursları və sektorlararası əməkdaşlıq sahəsi üzrə ixtisaslaşmış Dr. Robert Winterhalter, cənab Birger M. Svendsen və xanım Sylke Sergel görüşdə qonaq məruzəçi qismində iştirak etdilər. Çıxışları zamanı onlar Boyden şirkətinin insan resursları sahəsində rəhbər şəxslər arasında keçirdiyi sorğunun nəticələrini və bunun müxtəlif sahələrdə təsirlərini iştirakçılarla bölüşdülər, həmçinin insan resursları üzrə baş mütəxəssis (CHRO) və gələcəyin təşkilat strukturu, insan resursları strateji biznes tərəfdaşı rolunda, eləcə də biznesin planlaşdırılması prosesinə insan resurslarının inteqrasiyası kimi mühüm məsələlərə toxundular.

Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı