Top Event
Top
Hyatt İclas və Konfrans Mərkəzi
Üzvlər Tədbiri
İR və PTT İşçi Qrupunun görüşü
Məkan
Hyatt İclas və Konfrans Mərkəzi
Bakıxanov küçəsi 1
1065
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
02.11.2021 · 10:00
Tədbirin bitmə tarixi
02.11.2021 · 12:00

2 noyabr 2021-ci il tarixində 35-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun bu il üçün fiziki şəkildə ilk görüşü keçirildi. Görüş təlim prosesi zamanı keyfiyyətin təmin edilməsi və burada sertifikatlaşdırmanın rolu mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək cənab Dəyanət Əhmədov uzun bir müddətdən sonra fiziki şəkildə görüşlərə qayıtmaqdan məmnunluğunu ifadə etdi və yaz aylarında işçi qrupunun çərçivəsində keçirilmiş qısa müsahibələri yada saldı. Müsahibələrdən üzə çıxan məsələlərdən biri də görüşün müzakirə mövzusu olan sertifikatlar və onların iş həyatında rolu ilə bağlı idi.

Dövlət Məşğulluq Agentliyinin əməkdaşları cənab Kənan Bağırov və cənab Toğrul Ələkbərov görüşə qatılaraq agentliyin peşə hazırlığı sahəsində fəaliyyəti və gələcək layihələr haqqında iştirakçılara ətraflı məlumat verdilər. Daha sonra “Azersun Holdinq”-in təlim və inkişaf şöbəsinin rəhbəri cənab Elçin Əzimli iş həyatı və onun tələblərinin daima dəyişdiyi bir şəraitdə təkcə universitet diplomunun keçərli olmadığını vurğuladı. Dəyişən biznes mühiti ilə uyğunlaşmağın önəminə diqqət çəkərək o, işçilər arasında emosional intellekt və sosial bacarıqların rolunu xüsusilə qeyd etdi.

Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı