Top Event
Top
Onlayn
Üzvlər Tədbiri
Seminarlar
İR və PTT İşçi Qrupunun görüşü
Tədbirin dili
Tədbir ingilis dilində keçiriləcək və Azərbaycan dilinə sinxron tərcümə olunacaqdır.
Tədbirdə iştirak ödənişsizdir.
Tədbirin başlanma tarixi
27.01.2021 · 14:00
Tədbirin bitmə tarixi
27.01.2021 · 15:30

27 yanvar 2021-ci il tarixində 40-dan çox şirkət nümayəndəsi və universitet təmsilçilərinin iştirakı ilə DAAD Azərbaycanla əməkdaşlıq çərçivəsində AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. İclas Azərbaycanda ikili təhsil proqramlarının mümkün tətbiqi mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək cənab Dəyanat Əhmədov ölkədə ixtisaslı işçi qüvvəsinin çatışmazlığını vurğuladı və bu tipli müzakirələrin mümkün həll yollarının tapılmasına kömək edəcəyinə ümidini ifadə etdi. Onlayn görüş AHK Azərbaycanda Peşə təhsili üzrə rəhbər, Dr. Magnus Müller və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində DAAD-ın lektoru Dr. Michael Beck tərəfindən birlikdə moderasiya edildi. Məruzəçi qismində ikili təhsil proqramları üzrə mütəxəssislər - Brandenburq əyalətinin İkili Təhsil üzrə Agentliyinin direktoru xanım Franziska Kuhl və AHK Kolumbiyada işləmiş ekspert cənab Peter Hirsch görüşə qatılaraq iştirakçılarla öz təcrübələrini bölüşdülər.

Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Görüş mövzu ətrafında müzakirələrlə davam etdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı