Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
İR və PTT İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
24.11.2023 · 11:00
Tədbirin bitmə tarixi
24.11.2023 · 12:30

2023-cü ilin 24 noyabr tarixində AHK Azərbaycanın ofisində 40-a yaxın üzv şirkətlərin nümayəndələrinin iştirakı ilə İR və PTT İşçi Qrupunun növbəti iclası keçirildi. Tədbirin əsas mövzusu “Azərbaycanda hibrid İş modeli”, PAŞA Bank ASC-nin insan resusları şöbəsinin direktoru olan xanım Zibeydə Hacı və PAŞA Bank ASC-nin insan resusları şöbəsinin mütəxəssisi xanım Aydan Məmmədova tərəfindən təqdim olunmuşdur.

Öncəliklə İR və PTT İşçi Qrupunun sədri, Access Bank QSC-nın insan resusları üzrə İcraçı direktoru xanım Nigar Hüseynzadə iştrakçıları salamladı və iclasın gedişatı haqqında qısa məlumat verdi. Daha sonra Zibeydə xanım təqdimata başladı. Zibeydə xanım, “Flexoffice” modelinin üstünlüklərini və çətinliklərini vurquladı. Həmçinin o, hibrid modelinin ofisdə tədbiqi və işqüzar əlaqələrə olan təsirni haqda danışdı. Zibeydə xanım təqdimat zamanı iştrakçılar ilə aktiv müzakirə apararaq suallarınını cavablandırdı.

Sonra görüş xanım Aydan Məmmədovanın təqdimatı ilə dəvam etdi. O, hibrid iş modelinin ənəvi iş mühitinə olan təsiri və işçilərin yeni modelə uyğunlaşmasının önəmi haqqında danışdı. Aydan xanım hibrid modelin ofisdə icrası və onunla bərabər effektiv iş mühitinin yaradılması haqqında iştrakçıları məlumatlandırdı. Xanım Məmmədova həmçinin iştrakçılarla aktiv müzakirələr apararaq yeniliyin hüquqi cəhətlərinidə müzakirə etmişdir.

Görüş “sual-cavab” sessiyası ilə davam etdi və görüşün sonunda Nigar xanım iştirakçılara öz təşəkkürünü bildirdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı