Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
İR və PTT İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
25.10.2023 · 11:00
Tədbirin bitmə tarixi
25.10.2023 · 12:30

AHK Azərbaycanın İR və PTT İşçi Qrupunun növbəti görüşü çərşənbə günü, 25 oktyabr 2023-cü il tarixində AHK Azərbaycanın ofisində baş tutdu. Görüş iş yerində rifah istiqamətində müzakirələrə yönəldilmişdir.

İclası açıq elan edən İR və PTT İşçi Qrupunun sədri və AccessBank QSC-ın İnsan Resursları departamentinin icraçı direktoru xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və iclasın gedişadı haqqında məlumat verdi. Eləcə də, xanım Hüseynzadə gələcək tədbirlər və planlar barəsində iştirakçılara məlumat verdi.

Tədbirdə qonaq məruzəçi kimi iştirak edən Azerconnect MMC-nin əməkdaşı, İşçilərin transformasiyası və proqramları üzrə rəhbəri xanım Elnarə Məcidova giriş sözü ilə tədbir iştirakçılarını salamladı və iş yerində rifah barədə qısa məlumat verdi. Daha sonra, xanım Məcidova iş yerinin rifahının əsas komponentləri olan maliyyə, fiziki, cəmiyyət, sosial və karyera rifahı barədə çıxış etdi. Rifahın vacib hissəsi kimi Psixi Sağlamlıq mövzusundan söz açan xanım Məcidova işçilərin psixoloji, emosianal və sosial rifahı barədə də iştirakçıları məlumatlandırıb. Çıxışının sonunda xanım Məcidova daxili yönümlü davranış və psixi sağlamlığın qorunmasından bəhs edib. İclas sual-cavab sessiyası ilə yekunlaşıb.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı