Top Event
Top
INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi
Üzvlər Tədbiri
İR və PTT İşçi Grupunun görüşü
Məkan
INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi
Zaur Nudirəliyev küçəsi 79, 7 saylı Asan Xidmət Mərkəzi
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
25.05.2023 · 11:00
Tədbirin bitmə tarixi
25.05.2023 · 12:30

25 may 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə Görüşdə Azərbaycanda işəgötürənlərin brendinq strategiyaları üzərində müzakirələr aparıldı.

İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və görüşə ev sahibliyi etdiyinə görə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə təşəkkürünü bildirdi. İşəgötürənlərin brendinqinin əhəmiyyətindən danışaraq, o mövzu ilə bağlı yaradıcı yanaşmalara diqqət çəkdi və bu sahənin insan resurslarının marketinq ilə görüşdüyü sahə olduğunu bildirdi.

Sahənin üç peşəkar mütəxəssisi, Azercell Telekom MMC-nin İnsan kapitalının idarə edilməsi / İstedadların idarə edilməsi və biznes partnyorluğu şöbəsinin meneceri xanım Nigar Hüseyn-zadə; Unibank Kommersiya Bankı ASC-dən İnsan kapitalının idarə edilməsi departamentinin direktoru xanım Natalya Sandler və Təşkilati inkişaf şöbəsinin müdiri xanım Viktoriya Hüseynova görüşə məruzəçi qismində qatıldılar. Görüş zamanı məruzəçi qonaqlar Azərbaycanda işəgötürənlərin brendinqi ilə bağlı öz təcrübələrini iştirakçılar ilə bölüşdülər.

Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri xanım Fatimə Ələkbərova və xanım Gülnar Mirhüseynova Agentlik tərəfindən təqdim olunan Technest təqaüd proqramları haqqında qısa təqdimatla çıxış etdilər. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı