Top Event
Top
Hyatt İclas və Konfrans Mərkəzi
Üzvlər Tədbiri
Elektron Hökumətin İnkişafı Mərkəzi ilə görüş
Məkan
Hyatt İclas və Konfrans Mərkəzi
Bakıxanov küçəsi 1
1065
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
03.03.2022 · 11:00
Tədbirin bitmə tarixi
03.03.2022 · 12:30

3 mart 2022-ci il tarixində 40-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan üzvlərinin Elektron Hökumətin İnkişafı Mərkəzi ilə görüşü keçirildi.

İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı, tədbirin fəxri qonağı olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru cənab Fariz Cəfərovu təqdim etdi və biznes icması ilə yaxından əməkdaşlığa görə minnətdarlığını ifadə etdi. Daha sonra cənab Rüfət Sadıqov söz alaraq Elektron Hökumətin İnkişafı Mərkəzinin peşəkar komandasına COVID-19 pandemiyası zamanı ictimaiyyətə verdiyi əvəzsiz töhfələrə görə təşəkkürünü bildirdi.

Çıxışı zamanı cənab Fariz Cəfərov 2022-2025-ci illər üçün Mərkəzin nəzərdə tutulan növbəti addımlarından danışdı, qurumun gələcəyə dair vizyonu, rəqəmsal hökumətin inkişafı planının strateji hədəfləri və həyata keçirdikləri silsilə layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. Tədbir AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə sual-cavab sessiyası ilə davam etdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı