Top Event
Top
Onlayn
Sərgilər
BAU 2021
Tədbirin dili
Sərgidə iştirak ödənişsizdir!
Tədbirin başlanma tarixi
13.01.2021 · 09:00
Tədbirin bitmə tarixi
15.01.2021 · 18:00

Sizə 13-15 yanvar 2021-ci il tarixlərində keçiriləcək memarlıq, tikinti materialları və sistemləri üzrə dünyanın aparıcı ticarət sərgisi olan BAU 2021 haqqında məlumat vermək istərdik. Hazırda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan səyahət məhdudiyyətləri səbəbindən Münhendəki sərgidə iştirak edə bilməyən ziyarətçilər və iştriakçılar üçün tədbirin hibrid formatı təklif olunur.

Münhenin Beynəlxalq Konqres Mərkəzində və iki sərgi zalında sərgi iştirakçıları öz innovasiyalarını təqdim edəcəklər.

Tədbirin rəqəmsal hissəsində forumda aparılan danışıqlar və müzakirələr canlı yayım vasitəsilə böyük tamaşaçı kütləsinə ötürüləcəkdir. Həmçinin şirkətlər öz məhsullarını virtual olaraq təqdim etmək imkanına malik olacaqlar. Bundan əlavə, iştirakçılara bir-biri ilə əlaqə qurmaq üçün onlayn şəbəkə platforması təqdim olunacaqdır.

BAU 2021 sərgisində müzakirə ediləcək mövzular aşağıdakılardır:

  • Yaşayış evlərinin gələcəyi
  • İqlim dəyişikliyi çətinlikləri
  • Resurslar və təkrar emal
  • Rəqəmsal çevrilmə
  • COVID-19-dan sonra inşaat sənayesi

Əlavə suallarınız olduğu halda, xanım Turanə Yaqubovaya email (events(at)ahk-baku.de) və ya telefon vasitəsi ilə (+994 12 497 63 06/07) müraciət edə bilərsiniz.