Top Event
Top
Onlayn
Üzvlər Tədbiri
AHK Impuls
Tədbirin başlanma tarixi
08.04.2021 · 11:00
Tədbirin bitmə tarixi
08.04.2021 · 12:30

8 aprel 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətlər üçün növbəti onlayn AHK İmpuls tədbirini təşkil edib. Tədbir Azərbaycanda nəqliyyat və logistika sənayesinin inkişafı mövzusuna həsr olunmuşdu.

AHK İdarə Heyətinin Sədri cənab Fərid İsayevin salamlama nitqindən sonra tədbirin fəxri qonağı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Dr. Taleh Ziyadov “Bakı Limanı İnkişafda olan Nəqliyyat və Logistika Qovşağı kimi: Beynəlxalq Ticarətin Təşviqi” adlı məruzə ilə çıxış etdi.

Dr. Ziyadov öz çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Bakı Limanı Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzalayıb və bu proqram çərçivəsində nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslərə təlim proqramları təşkil ediləcək. O, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda kommunikasiya xətlərinin açılışı, Limanın növbəti iki il üçün inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistika mərkəzləri və nəqliyyat şirkətləri ilə əldə olunan razılaşmalar və regionun nəqliyyat sektorundakı yeniliklər kimi məsələlərə toxundu.

Tədbir AHK Azərbaycanın icraçı direktorun müavini xanım Nigar Bayramlının moderasiyası ilə keçirilən üzv şirkətlərin sorğularına dair sual-cavab sessiyası ilə yekunlaşdı.

Aytəkin Siraczadə

Aytəkin Siraczadə

Üzvlük Xidmətləri şöbəsinin rəhbəri