Top Event
Top
Hyatt Regency İclas və Konfrans Mərkəzi
Üzvlər Tədbiri
AHK Azərbaycanın Tikinti və İnfrastruktur İşçi Qrupunun təsis iclası
Məkan
Hyatt Regency İclas və Konfrans Mərkəzi
Bakıxanov küçəsi 1
1065
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
15.02.2022 · 11:00
Tədbirin bitmə tarixi
15.02.2022 · 12:30

15 fevral 2022-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycanın yeni - Tikinti və İnfrastruktur İşçi Qrupunun təsis iclası keçirildi.

İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Tikinti və İnfrastruktur İşçi Qrupunun sədri xanım Ummi Cəlilovanı təqdim edərək özəl sektorun maraqlarını təmsil etmək təşəbbüsü ilə çıxış etdiyinə görə ona təşəkkürünü bildirdi. Xanım Ummi Cəlilova çıxışında Tikinti və İnfrastruktur İşçi Qrupunun yaradılması ilə bağlı sorğunun nəticələrindən danışdı və üzv şirkətlərin qeyd etdiyi əsas mövzulardan bəhs etdi.

Görüş xanım Ummi Cəlilovanın moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Tikinti və İnfrastruktur İşçi Qrupu öz fəaliyyətini dayanıqlı planlaşdırma və inkişaf, insan kapitalı, şəffaflıq və açıqlıq, satınalma prosesləri və mövcud qanunvericilik bazası daxil olmaqla tikinti və infrastruktur sahəsində mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır.