Top Event
Top
Four Seasons Hotel Bakı
AHK Azərbaycanın 10 illiyinə həsr olunmuş Qala Gecəsi
Məkan
Four Seasons Hotel Bakı
Neftçilər prospekti 1
1095
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
10.12.2022 · 18:00
Tədbirin bitmə tarixi
11.12.2022 · 00:00

10 dekabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 180-ə yaxın tərəfdaş və üzv şirkət təmsilçilərinin, həmçinin yüksək rütbəli dövlət nümayəndələri və diplomatik korpus rəhbərlərinin iştirakı ilə AHK Azərbaycanın 10 illiyinə həsr olunmuş Qala Gecəsini təşkil edib. Bu münasibətlə, AHK Azərbaycanın İdarə Heyəti və rəhbərliyi ötən on il ərzində yaxından əməkdaşlığa və qarşılılıqlı əlaqələrin saxlanılmasında göstərilən davamlı dəstəyə görə qonaqlara təşəkkürünü bildirib.

Tədbiri AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann açıb və qonaqları on il əvvəl AHK Azərbaycanın açılış mərasiminin qeyd edildiyi Four Seasons Hotelində salamlayıb. Daha sonra Norm MMC şirkətinin baş direktoru, AHK Azərbaycan İdarə heyətinin sədr vəzifəsini icra edən Dr. Henning Sasse və Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri, AHK Azərbaycanın ilk seçilmiş sədri Dr. Samir Axundov qonaqları salamlayıb.

Dr. Sasse çıxışında tədbir iştirakçılarına AHK Azərbaycanla bağlı xatirələrini bölüşüb. O xatırladıb ki, AHK Azərbaycan yarandığı zaman MDB ölkələri içərisində Rusiyadan sonra ikinci Ticarət Palatası olmuşdur. Daha sonra Dr. Axundov öz çıxışında AHK Azərbaycanın uğurunu “komanda işi” adlandırıb və bu uğurda iştirak edən hər kəsin rolunun vacibliyini vurğulayıb.

Qala Gecəsi Eurovision Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovun canlı ifası müşayiətində işgüzar şam yeməyi ilə davam edib. Tədbir üzv şirkətlərin təqdim etdiyi qiymətli hədiyyələrlə AHK Azərbaycan haqqında viktorina oyunu, maraqlı rəqs nümayişləri və “Əfəndi” qrupunun canlı musiqisi ilə yekunlaşıb.

*****

AHK Azərbaycan Sizi 10 dekabr 2022-ci il tarixində keçirilən AHK Azərbaycanın 10 illiyinə həsr olunmuş Qala Gecəsində görməkdən və Four Seasons Bakı hotelində bu günü Sizinlə birlikdə qeyd etməkdən böyük məmnunluq hissi duydu.

Fürsətdən istifadə edərək tədbirin platin sponsorları - AccessBankNOYTECH Supply Chain Solutions şirkətlərinə, qızıl sponsorları - Azvirt, Norm, Pasha Bank, Pasha Property Management şirkətlərinə, gümüş sponsorları - Ameco, Grata Azərbaycan şirkətlərinə, şərab sponsoru - Mazarina Trade Company (Hillside) şirkətinə, eləcə də kuponlar təqdim edərək bizi dəstəkləyən AHK üzvlərinə və dostlarına - Baku Marriott Hotel Boulevard, Deutsche Lufthansa, Fairmont Baku, Flame Towers, Four Seasons Hotel Baku, Hyatt Regency Baku, ibis Baku City Hotel, InterContinental Baku, JW Marriott Absheron, Paulaner Bräuhaus Baku öz dərin minnətdarlığımızı bildiririk.

AHK Azərbaycanın növbəti tədbirlərində Sizləri yenidən salamlamağı səbirsizliklə gözləyirik.

Video

Platin sponsorlar

Qızıl sponsorlar

Gümüş sponsorlar

Şərab sponsoru