Top Event
Top
Hyatt İclas və Konfrans Mərkəzi
Üzvlər Tədbiri
AHK Azərbaycan üzvlərinin Mediasiya Şurası ilə görüşü
Məkan
Hyatt İclas və Konfrans Mərkəzi
Bakıxanov küçəsi 1
1065
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
17.03.2022 · 10:00
Tədbirin bitmə tarixi
17.03.2022 · 11:30

17 mart 2022-ci il tarixində 50-dən çox şirkət nümayəndəsi və mediatorun iştirakı ilə AHK Azərbaycan üzvlərinin Mediasiya Şurası ilə görüşü keçirildi. Tədbir üzv şirkətimiz olan KPMG Azərbaycanın dəstəyi ilə baş tutdu.

İclası açıq elan edən cənab Fərid İsayev iştirakçıları salamladı və tədbirin fəxri qonağı olan Mediasiya Şurasının İdarə Heyətinin sədri cənab Nadir Adilovu təqdim etdi. O, bildirdi ki, görüş Azərbaycanda mediasiya institutunun fəaliyyətinə həsr olunub və qonaq məruzəçi bu sahədə ən son vəziyyət haqqında məlumat verəcəkdir.

Daha sonra cənab Nadir Adilov söz alaraq biznes nümayəndələri ilə görüş imkanına görə Palataya minnətdarlığını bildirdi və qeyd etdi ki, aparılan islahatlar onların əhatələndiyi mühitdən çox asılıdır. Cənab Nadir Adilov çıxışında 2022-ci ilin birinci rübü üzrə müraciətlərin statistik göstəriciləri ilə bağlı hesabat verdi və əlavə etdi ki, hazırda ölkənin müxtəlif yerlərində ümumilikdə 217 aktiv mediator fəaliyyət göstərir.

Tədbir AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə sual-cavab sessiyası ilə davam etdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı