Sahibkarlığa dövlət dəstəyi barədə məlumatlar

COVID-19 partlayışının yerli iqtisadiyyata nə qədər mənfi təsir edəcəyini tam müəyyənləşdirmək hələ erkən olsa da, Azərbaycan hökuməti bu misli görünməmiş dövrlərdə əziyyət çəkən sektor və müəssisələrin fəaliyyətdə qalması üçün əlindən gələni edir.

© www.shutterstock.com

Hökumət bu yaxınlarda ümumi həcmi 2,5 milyard manat olmaqla ÜDM-in 3%-ni təşkil edən iqtisadi artım və sahibkarlıq üçün əsas dəstək vasitələrini açıqladı. Biz müəssisələri dəstəkləmək məqsədilə bütün maraqlı tərəflər və mütəxəssislərlə birgə işləyirik və mütəmadi olaraq Sizi məlumatlandırmaq üçün bu sürətlə dəyişən vəziyyəti izləməyə davam edəcəyik.

Hökümətin sahibkarlığa verdiyi dəstəyə qısa nəzər

Mechanism of Tax Benefits and Holidays

According to the Action Plan approved by the Cabinet of Ministers on April 4, 2020, tax benefits and holidays will be provided to businesses operating in areas affected by the pandemic. In this regard, a draft of major changes to the tax and social legislation has been prepared to provide tax benefits and holidays to businesses operating in areas affected by the pandemic (including small and medium enterprises). After reconsideration by the government, the draft documents included in the package of proposals were submitted to the Milli Majlis. Tax benefits and holidays will reduce the burden on taxpayers.

Mechanism of Tax Benefits and Holidays

Source: Ministry of Economy of Azerbaijan Republic

Sahibkarlığa Dəstək Tədbirlər Planı təsdiq edildi

I. İQTİSADİ ARTIMA VƏ SAHİBKARLIĞA DƏSTƏK

A. Yaxin Dövrdə Pandemiyanın Ölkə İqtisadiyyatına Mənfi Təsirlərinin AzaldılmasI Məqsədilə

a. İqtisadi qurumlarin fəaliyyətinin fövqəladə koordinasiyası

b. İş yerlərinin və sosial sabitliyin qorunması (295 mln AZN, 300 min nəfər)

  • Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (300 min nəfər, 215 mln. AZN)
  • Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (300 min nəfər, 80 mln AZN)

c. İqtisadiyyatda şəffafliğın artirilmasi istiqamətində

d. İqtisadi fəalliğin qorunmasina vergi stimullarinin verilməsi (115 mln AZN)

  • Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi

e. İqtisadiyyata və sahibkarliğa dövlətin kredit-zəmanət dəstəyinin verilməsi (440 mln AZN)

  • Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) veriləcək 0.5 mlrd.manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması
  • Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin (o cümlədən kiçik və orta sahibkarlığın) 1 mlrd. manat həcmində mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması

f. Güzəştli şərtlərlə kredit resurslarina çixiş imkanlarinin genişləndirilməsi

g. Pandemiyanin mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi  

  • Müvafiq siyahı üzrə gömrük rüsumu güzəştlərinin tətbiqi
  • Zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması)
  • Beynəlxalq təcrübədə istifadə edilən malların ixrac qeydi ilə satışı mexanizminin Vergi Məcəlləsinə daxil edilməsi
  • Dövlət əmlakını icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən (o cümlədən kiçik və orta sahibkarlardan) icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması
  • Kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün dövlət satınalmalarında yerli istehsal məhsulların alınması məqsədilə əlavə tədbirlərin görülməsi
  • Bank və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqların ləğv edilməsi

B. Post-Pandemiya Dövründə İqtisadi Artimin Yeni Modelinin Tətbiqi

II. MƏŞĞULLUQ VƏ SOSİAL RİFAHA DƏSTƏK

a. dövlət sektoru üzrə işçilərin işsizlik riskindən qorunmasi və sosial müdafiəsi istiqamətində (910 min nəfər, aprel-may 2020)

b. qeyri-dövlət sektoru üzrə muzdlu işçilərin işsizlik riskindən qorunmasi və sosial müdafiəsi (664 min nəfər)

c. işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində(283 min nəfər)

d. əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi

III. MAKROİQTİSADİ VƏ MALİYYƏ SABİTLİYİ

a. Yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsinin hazırlanması

b. Monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi

c. Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi

d. Kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi

Mənbə: Azərbaycan Respublikasının Nazirlər Kabineti

Mənfi təsirə məruz qalan iqtisadiyyat və sahibkarlıq sahələrinə dövlət dəstəyi

İqtisadiyyat Nazirliyi koronavirus pandemiyası nəticəsində mənfi təsirə məruz qalan iqtisadiyyata, müəssisələrə və sahibkarlara nəzərdə tutulan dövlət dəstəyinin əsas istiqamətlərini izah edən baza sənədini təqdim etdi. Nazirlikdən verilən məlumata əsasən, proqramın icrasının 4 aprel 2020-ci il tarixinə qədər başlanması nəzərdə tutulur. Burada ümumi həcmi 2,5 milyard manat olan ÜDM-in 3%-ni təşkil edən iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərinin qısa icmalı verilmişdir:

  1. (İş yerlərinin azaldılmaması məqsədilə ticarət, sənaye, xidmət, nəqliyyat və digər sektorlar da daxil olmaqla) pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı;
  2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292.000 fərdi (mikro) sahibkara iş yerlərinin qorunması məqsədilə maliyyə dəstəyi proqramı;
  3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı.

Sadələşdirilmiş vergi

  • Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi;
  • İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması.

Mənfəət (gəlir) vergisi

  • İctimai iaşə fəaliyyəti ilə məşğul olan ödəyicilərin mənfəət (gəlir) vergisindən azad edilməsi;
  • Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin vergi məqsədləri üçün gəlirdən çıxılması;
  • Vergi ödəyicilərinin müvafiq məbləğ və müddət üçün mənfəət (gəlir) vergisindən azad edilməsi.

ƏDV

  • Müəyyən dövr üçün bəzi vergi ödəyicilərinin ƏDV-dən azad edilməsi;
  • Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi);
  • Əhalinin ərzaq, tibbi və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi;
  • Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması.

Digər imtiyazlar

  • Müvafiq müddətə əmlak və torpaq vergisindən azad olunmalar;
  • 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması;
  • Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması;
  • Müəyyən sahələr üçün müvafiq müddətə cari vergi ödənişlərindən azad olunma.

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat):

  • Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi;
  • Kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması;
  • Zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması;
  • Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması.

5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat):

  • Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq);
  • Bunun üçün xüsusi vəsaitin ayrılması;
  • Subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi.

6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün yaradılmış sosial paketə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı, əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı və həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı daxildir.

Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI

19 mart 2020-ci il tarixində Prezident İlham Əliyev Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması haqqında Fərman imzaladı. Fond, ölkədə pandemiya və onun mənfi nəticələrinin aradan qaldırılması məqsədilə dəstək tədbirlərinə maliyyə yardımının göstərilməsini hədəfləyir. Fondun fəaliyyət müddəti Prezident tərəfindən uzadılma ehtimalı ilə 31 dekabr 2020-ci il tarixinədəkdir.

Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

  • Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti;
  • Fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;
  • Qanunla qadağan olunmayan digər mənbələr.

Fondun vəsaiti koronovirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:

  • Tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;
  • Tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə;
  • Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;
  • Nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;
  • Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;
  • Tibb sahəsində mütəxəssislərin hazırlanmasına;
  • Təbliğat və maarifləndirmə işlərinə;
  • Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

* Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz. Link

Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır. Ətraflı

Fondun idarə edilməsi: Azərbaycan Respublikasının Nazirlər Kabineti

  • Hökumət ilkin olaraq Fonda 11.7 milyon dollar ayırdı və Prezident və Birinci xanım illik maaşlarını fonda bağışladı;
  • Prezident fərmanına əsasən, Nazirlər Kabineti dövlət büdcəsindən 1 milyard dollar vəsait ayırdı;
  • 07 may 2020-ci il tarixinə 3.318 hüquqi və 11.5490 fiziki şəxs Fonda ianə etmişdir;
  • Koronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutadakı hesab məlumatları haqqında dəqiq məlumatı buradan əldə edə bilərsiniz;
  • Şura Fondun vəsaitlərinin istifadəsi barədə məlumatları ayda iki dəfə rəsmi internet saytında yayımlayır.

İndiyə qədər görülən vacib fəaliyyətlər:

  • 06 aprel 2020-ci il tarixində Bakı Tekstil Fabriki MMC Sumqayıt Kimya Sənaye Parkında yeni bir facemask zavodunun açılışını etdi. Zavod gündəlik 120,000-250,000 istehsal gücünə sahibdir.
  • Bakıda 575 çarpayılı, 21 əməliyyat otağı və 70 təcili yardım otağı olan “Yeni Klinika” adlı müasir dövlət xəstəxanası fəaliyyətə başlamışdır. Pandemiyanın sonuna qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə ediləcək.