Alman-Azərbaycan Biznes Forumu 2017

11 oktyabr 2017-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə Hyatt Konfrans Mərkəzində Alman-Azərbaycan Biznes Forumunu təşkil etmişdir. Forumun əsas mövzuları maliyyə, sənaye, nəqliyyat və loqistika sahələri olmuşdur. Tədbirin əsas məqsədi Alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməsi və öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaq idi.