Aİ-Azərbaycan Biznes Forumu 2019

13 iyun 2019-cu il tarixində, hər il keçirilən Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Tədbirə ikitərəfli biznes görüşlərində və panel müzakirələrində iştirak edən hökumət nümayəndələri və biznes rəhbərləri də daxil olmaqla, 800-dən artıq iştirakçı qatılıb.