Aİ-Azərbaycan Biznes Forumu 2017

8 İyun 2017-ci il tarixində Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Forum Avropa və Azərbaycandan olan 500-dən artıq yüksək səviyyəli biznes və hökumət nümayəndələrini bir araya gətirib və mövcud biznes mühitinin müzakirə edilməsi, eləcə də Aİ və Azərbaycan şirkətləri üçün imkanlar təklif edən bir sıra sektora dair işgüzar münasibətlərin qurulması üçün şərait yaradıb.