DIHK İqtisadi Sorğusu Payız 2017

Alman Sənaye və Ticarət Palataları Qurultayı (DIHK) 2017-ci ilin payızında keçirdiyi “İmpulsdan istifadə, investisiya maneələrini aradan qaldırma” İqtisadi Sorğusunun nəticələrini təqdim edir.

Alman iqtisadiyyatı 2018-ci ildə uğurlu inkişaf yolunda irəliləməyə davam edəcək. DIHK 2018-ci ildə ÜDM-un 2,2% artacağını proqnozlaşdırır.

Şirkətlərin biznes vəziyyəti hər zamankindən daha yaxşıdır. Bahar ilə bağlı artan gözləntilər özünü doğrultmuşdur. Daxili tələbatla bağlı biznes faəliyyəti sahəsində narahatlıqlar azalır.

Bundan əlavə, məşğulluq planları daha da genişlənir. Beləliklə, istehlak gələn il böyüməyə davam edəcək.

İnvestisiya planlarının rekord səviyyəyə çatması ilə şirkətlər də investisiya yönümlü yüksəliş dövrünə qədəm qoyurlar. İxrac gözləntiləri də yaxşılaşır.

Cari sorğunu aşağıdan yükləyə bilərsiniz:

Səhifə: 44 səhifə | Faylın ölçüsü: 1.5 MB

Yüklə